Sumqayıtda 27 yaşlı gənc dənizdə batdı

Sumqayıtda 27 yaşlı gənc dənizdə batdı
  27 İyun 2016    Oxunub:2130
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2500 metr aralı, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və 1989-ci il təvəllüdlü, Novruzov Azər Rövşən oğlunun cəsədi batdığı yerdən 40 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 20:05-də başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti