Sumqayıta gedən 40 dəqiqəlik yoldan yeni XƏBƏR

Sumqayıta gedən 40 dəqiqəlik yoldan yeni XƏBƏR
  01 Aprel 2015    Oxunub:1932
Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmiri davam edir.
Bu barədə AzVision.az-a ” Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verib.

Nadir Əzməmmədov bildirib ki, əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.

Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 kilometr uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə martın 3-dən start verilib və bu günə kimi 11 kilometr yol əsaslı təmir olunub. Hazırda daha 3,4 kilometr yolun təmirinə başlanılıb. Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 kilometr uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur. Əsaslı təmir işləri başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.




Teqlər:





Xəbər lenti