Sumqayıt qatarından Biləcəri sakinləri də istifadə edəcək

Sumqayıt qatarından Biləcəri sakinləri də istifadə edəcək
  25 Noyabr 2015    Oxunub:2845
2016-cı ilin birinci yarısınadək Bakı-Sumqayıt-Bakı elektrik qatarından Biləcəri sakinləri də istifadə edə biləcək.
AzVision.az `Azərtac`a istinadən məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyib.
Onun sözlərinə görə hal-hazırda Biləcəri stansiyasında yenidənqurma işləri həyata keçirilir. Bu səbəbdən Bakı-Sumqayıt-Bakı elektrik qatarı bu stansiyada dayanmır.

“Biləcəri stansiyasında yeni turniketlər quraşdırılır, gediş və gəliş platformalarında işlər görülür. Gələn ilin birinci yarısınadək işlər yekunlaşacaq və Bakı-Sumqayıt-Bakı elektrik qatarı Biləcəri stansiyasında dayana biləcək”, – deyə Nadir Əzməmmədov vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti