Sumqayıt 65 yaşını qeyd edir
Velosipedçilərdən sonra atçıların yarışına start verilib. Sonda qalib gələn iştirakçıların mükafatlandırma mərasimi keçirilib. Sumqayıtda veloyürüş və at yarışının keçirilməsi, tədbiri izləyən minlərlə sakininin böyük marağına səbəb olub.
Xatırladaq ki, şəhərin 65-ci ildönümü ilə bağlı tədbirlər planına uyğun olaraq sentyabrın 23-də Sumayıtda möhtəşəm şəhər günü tədbirləri keçiriləcək. Sumqayıtın “Şəhər günü” bayram tədbirləri qədim Corat kəndindən başlayacaq. Burada qədim Corat qalasının yanında yaradılmış bazar meydanında şəhər gününə həsr olunmuş döyüş effektləri ilə dolu olan möhtəşəm səhnələşdirilmiş meydan tamaşası təqdim olunacaq. Bayram tədbirləri Corat qəsəbəsindən sonra Bayraq meydanında təntənəli bayram keçidi ilə davam etdiriləcək. Tədbirdə hərbçilərin keçidi, idmançıların, motosikletçilərin, rayonlardan gələn kollektivərin, retro maşınların, müxtəlif nağıl personajlarının, Rusiyanın Sankt-Peterburq şəhərinin “Barabançı qızlar”ının nümunəvi çıxışları, həmçinin helikopterlərin möhtəşəm avia şousu olacaq. Bütöv bir günü əhatə edən “Şəhər günü” bayramı axşam saatlarında Azərbaycanın tanınmış incəsənət xadimlərinin konsert proqramı ilə davam edəcək və bayram tədbiri əsrarəngiz atəşfəşanlıqla yekunlaşacaq.
AzVision.az