Sumqayıt qatarı gecikdi, sərnişinlər yolda qaldı - FOTOLAR (VİDEOXƏBƏR)

Sumqayıt qatarı gecikdi, sərnişinlər yolda qaldı - FOTOLAR (VİDEOXƏBƏR)
  08 Dekabr 2016    Oxunub:7818
Bakı-Sumqayıt elektrik qatarının hərəkət cədvəlində gecikmələr müşahidə olunur.
AzVision.az xəbər verir ki, 08:30-da Sumqayıtdan Bakı istiqamətində hərəkət etməli olan qatar stansiyadan vaxtında çıxmayıb.

Nəticədə Sumqayıt sərnişin stansiyasında sıxlıq müşahidə olunub. Qatar yarım saat gecikmə ilə saat 9:00-da Sumqayıt sərnişin stansiyasından Bakıya hərəkət edib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin rəsmisi Nadir Əzməmmədov bildirib ki, elektrik enerjisinin verilişində problem olduğundan qatar gecikib.









Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti