Sultan Süleymanın orqanlarının basdırıldığı yer tapıldı

Sultan Süleymanın orqanlarının basdırıldığı yer tapıldı
  01 Aprel 2015    Oxunub:2114
1566-cı il sentyabrın 6-da Macarıstanda Ziqetvar qalasının mühasirəsi zamanı şəhid olan Osmanlı Sultanı Süleyman Qanuninin daxili orqanlarının basdırıldığı yer müəyyən edilib.
AzVison.az trend-ə istinadən xəbər verir ki, bunu Ziqetvar qalasının nümayəndəsi Yanos Lebedi deyib.

Onun sözlərinə görə, həmin yerin tapılması üçün təqribən 2 il arxeoloji qazıntılar aparılıb.

Y.Lebedi qeyd edib ki, Ziqetvar şəhəri yaxınlığında 18 yerdə qazıntı işləri aparılıb: “Artıq işlər yalnız bir yerdə cəmləşib. Həmin ərazi qaladan 7 kilometr uzaqlıqdakı üzüm bağlarıdır”.


Teqlər:





Xəbər lenti