Sultan Səlim körpüsü açıldı - Yenilənib

Sultan Səlim körpüsü açıldı - Yenilənib
  27 Avqust 2016    Oxunub:3629
Türkiyədə Bosfor boğazı üzərində "Yavuz Sultan Səlim" adlandırılan üçüncü körpünün açılışı olub.
Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Bəhreyn Əmiri Hamad ibn İsa əl-Xəlifə, həmçinin Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov iştirak ediblər.

Körpünün uzunluğu 1,85 kilometr, eni 59 metr, hündürlyü isə 320 metrdir.

***

Türkiyənin İstanbul şəhərində Avropa və Asiya qitəsini üçüncü dəfə bir-birinə birləşdirən “Asma körpü”nün açılışı mərasimi keçirilir.

AzVision.az xəbər verir ki, açılış mərasiminə Türkiyə prezident Rəcəb Tayyip Ərdoğan, xanımı Əminə Ərdoğan, baş nazir Binalı Yıldırım, silahlı qüvvələrin baş qərargah rəisi Hulusi Akar, Makedoniya prezidenti Corge İvanov və xanımı, Bəhreyn kralı Hamad Bin İsa El halife də qatılıb.

Yavuz Sultan Səlim körpüsünün rəsmi açılış mərasimində çıxış edən Türkiyənin baş naziri Binəli Yıldırım deyib ki, Sultan Səlim körpüsü “İpək Yolu”nun ən mühüm həlqələrindən biridir və sabahdan istifadə üçün açılacaq: “Sabahdan yük maşınlarının hamısı məhz Yavuz Sultan Səlim körpüsündən keçəcək, digər iki körpüyə yük maşınları buraxılmayacaq. Bu, İstanbulda avtomobil sıxlığının aradan qalxmasına xidmət edəcək”.

Azərbaycanı tədbirdə Milli Məclisin sədri Oqtay Əsədov və Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təmsil edir. Çıxışlardan sonra körpünün açılışı olacaq.

Körpünün bünövrəsi 2013-cü ilin may ayında atılıb. IX Osmanlı padşahının adını daşıyan Yavuz Sultan Səlim körpüsü 59 metr eni və 1408 metrlik uzunluğu ilə dünyanın ən geniş və uzun rels sisteminə malik “Asma körpü”sü adını qazanacaq. Körpünün üzərində avtomobillərin hərəkəti üçün 4 gediş və 4 dönüş olmaqla 8 hərəkət zolağı və iki dəmiryol xətti salınıb. Köprüdən keçən hər avtomobil 3, böyük yük maşınları isə 15 dollar ödəyəcək.

Asma körpünün konsept dizaynını və memarlıq işini isə məşhur fransız memarları icra edib. Körpüdə tamamlanma işləri yekunlaşıb, test yürüşləri həyata keçirilib.
Ekspertlər “Asma körpü”nün İstanbul tıxacını azaldacağı düşünürlər.

AzVision.az


Teqlər:  





Xəbər lenti