Sülh bitdi, müharibə başladı

Sülh bitdi, müharibə başladı
  20 Avqust 2014    Oxunub:1935
Atəşkəs barədə danışıqlar uğursuz olduqdan sonra HƏMAS yaraqlıları İsrailin Tel-Əviv, Qüds və bir sıra digər iri şəhərləri raket atəşinə tutub.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

“Bu gün HƏMAS tərəfindən İsrail ərazisinə 50-dən çox raket atılıb. Bununla da tərəflər arasında əldə olunan atəşkəs rejimi pozulub. İsrail ordusu buna cavab verəcək” –deyə, İsrail Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Bu bəyənatdan sonra İsrail aviasiyası Qəzzaya aviazərbələr endirib. Aviazərbələr nəticəsində biri uşaq olmaqla, iki nəfər öldürülüb, 16 nəfər isə yaralanıb.

Qeyd edək ki, iyulun 8-də İsrail ordusu HƏMAS qruplaşmasına qarşı “Sarsılmaz Qaya” adlı hərbi əməliyyatın keçildiyini elan edib.

Əməliyyatlar başlayandan bəri Qəzzada ölən fələstinlilərin sayı 1900-a çatıb. Münaqişə nəticəsində 70 İsrail vətəndaşı öldürülüb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti