Strateji yol xəritəsi Şamaxıda ictimai müzakirəyə çıxarılıb

Strateji yol xəritəsi Şamaxıda ictimai müzakirəyə çıxarılıb
  25 İyun 2016    Oxunub:1841
"Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədinin ictimai müzakirələri davam edir.
AzVision.az xəbər verir ki, bu silsilədən növbəti tədbir 25 iyun 2016-cı il tarixdə Şamaxışəhərində Dağlıq Şirvan iqtisadi rayonuna daxil olan Şamaxı, Ağsu və İsmayıllı rayonlarının nümayəndələrinin iştirakı ilə keçirilib. Tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Respublikasının Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin sektor müdiri Elxan Mikayılov və Mərkəzi Bankın İdarə Heyətinin sədrinin 1-ci müavini Alim Quliyev məruzə ilə çıxış ediblər.

300 nəfərdən ibarət ictimaiyyət nümayəndəsi, o cümlədən bölgənin ziyalıları və sahibkarları tədbirdə iştirak ediblər. Xüsusilə də, Dağlıq Şirvan iqtisadi rayonu üçün xarakterik olan iqtisadi inkişafa dair təkliflərin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədində əksini tapması üçün təkliflər səsləndirilib.

Bölgə ziyalıları qeyd ediblər ki, iqtisadiyyat üçün əsas yol xərtisənin müzakirəsində bütün tərəflərin iştirakı təqdirəlayiq haldır.

Tədbiri Azərbaycan Respublikası Prezidentinin İtqisadi İslahatlar ​üzrə Köməkçisinin Xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi birlikdə təşkil edib. Növbəti belə tədbir 2 iyul 2016-cı il tarixdə İmişli şəhərində Aran iqtisadi zonasına daxil olan rayonların nümayəndələrinin iştirakı ilə keçiriləcəkdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti