Sponsorlardan Blatterə istefa çağırışı

Sponsorlardan Blatterə istefa çağırışı
  04 Oktyabr 2015    Oxunub:1738
FİFA-nın əsas sponsorlardan olan “Coca-Cola” və “McDonald’s” şirkətləri təşkilatın başçısı Yozef Blatteri tutduğu vəzifəni dərhal tərk etməyə çağırıblar.
“McDonald’s” şirkətinin bəyanatında deyilir: “Son həftələrin hadisələri FİFA-nın nüfuzunu və onun liderlərinə cəmiyyətin inamını aşağı salmaqda davam edir”.

“Coca-Cola” şirkətinin bəyanatında bildirilir: “FİFA-nın gündən-günə imici və reputasiyası zəifləyir. FİFA-ya təcili və hərtərəfli islahat lazımdır, bu isə yalnız tam və müstəqil yanaşma nəticəsində əldə oluna bilər.

Sonra istefa tələbinə “Visa” və “Budweiser” şirkətləri qoşulub. Təşkilatın yeni başçısının seçiləcəyi konqres 2016-ci il fevralın 26-da Sürixdə keçiriləcək.

1998-ci ildən etibarən FİFA-ya başçılıq edən Blatter mayın 29-da yeganə opponenti İordaniya şahzadəsi Əli Bin Əl-Hüseynə qalib gələrək yenidən beşinci müddətə seçilib. İyunun 2-də isə öz vəzifəsindən getməyini elan edib, çünki seçki öncəsi FİFA-nın yüksək vəzifəli məmurları ətrafında korrupsiya qalmaqalı yaşanıb.


Teqlər:  





Xəbər lenti