Spiker yenə Zahid Oruca əsəbiləşdi: `Sonra da deyirsən ki...`

Spiker yenə Zahid Oruca əsəbiləşdi: `Sonra da deyirsən ki...`
  28 Oktyabr 2016    Oxunub:2910
“Rusiya və İran Ermənistana qarşı təzyiqlərini artırmalıdır”.
AzVision.az xəbər verir ki, bunu millət vəkili Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, hər iki ölkə işğalçılıq siyasətini davam etdirdiyinə görə, Ermənistana təzyiq etməlidir: “Ermənistana sanksiya tətbiq olunmalıdır. Çünki Azərbaycanın hər iki qonşu dövlətlə münasibətləri yaxşıdır”.

Millət vəkili Zahid Oruc çıxışında qeyd edib ki, beynəlxalq aləmdə elə ermənilər var ki, onlar Azərbaycana qarşı loyal mövqedədirlər: “Ermənistan zamanla ayrı-ayrı şəxslərdən ölkəmizə qarşı istifadə edib. Biz səngərdə dayanan erməni ilə mülki ermənini ayırmalıyıq. Biz qanunlarımıza, konstitusiyamıza hörmət edən, Şəhidlər Xiyabanında baş əymək istəyən ermənilərin Bakıya gəlməsinə icazə verməliyik. Bu yaxınlarda gördük ki, İsveçrədə mühacirətdə yaşayan Vaqe Avetiyan Bakıya gəldi, ermənilərin törətdiyi əməllərə görə üzr istədi. O, Şəhidlər Xiyabanını ziyarət etmək istəyirdi”.

Qeyd edək ki, bu çıxışdan sonra Spiker Oqtay Əsədov millət vəkili Zahid Oruca irad tutub: “Siz yenə gündəlikdən kənara çıxırsınız. Sonra da deyirsiniz ki, sözüm kəsilir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti