Soyqırım günü məscidlərdə moizələr oxunacaq

Soyqırım günü məscidlərdə moizələr oxunacaq
  30 Mart 2015    Oxunub:1489
31 mart – Azərbaycanlıların Soyqrımı Günündə Azərbaycanda bütün məscidlərdə 31 mart soyqırımı ilə bağlı moizələr oxunacaq.
AzVision.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə idarədə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı keçirilən tədbirdə deyib.

A.Paşazadə qeyd edib ki, 1990-cı ildə yanvarda şəhidlərimizi Şəhidlər Xiyabanında dəfn edərkən orada çoxlu insan sümüklərinə rast gəldik: “Bu 1918-ci ildə soyqırıma məruz qalan azərbaycanlıların sümükləri idi. Ona görə də bu gün biz Şəhidlər Xiyabanına gedib şəhidlərimizi ziyarət etdik, dualar oxuduq. Həmçinin biz burada canlarından keçən türk əsgərlərini yad etdik, ruhuna dualar etdik”.

AzVision.az


Teqlər:





Xəbər lenti