24 AVQUST 2016 29+34 Bakı 25+30 Xankəndi 22+27 Xaçmaz 22+27 Bərdə 30+35 Lənkəran 33+38 Naxçıvan 30+35 Gəncə 29+34 25+30 Sumqayıt 25+30 Kəlbəcər 25+30 Laçın 25+30 Qubadlı 25+30 Şuşa 30+35 Ağdam Zəngilan 30+35 Cəbrayıl 30+35 Füzuli 22+27 Şəki

Sovetski və Kubinka sökülməyəcək- AÇIQLAMA

Tarix 18.05.13, 12:52

Font ölçüsü : - / +

“Üzeyir Hacıbəyovun ev muzeyi birmərtəbəlidir deyə onu sökməliyik?!”


Sovetski , Kubinka və Dövlət Sirkinin ətrafındakı evlərin sökülməsi 5-15 il müddətində reallaşa bilər. Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev AzVision.az-a açıqlamasında deyib.

Qeyd edib ki, “Sovetski”və “Kubinka” kimi tanınan ərazilərdə evlərin sökülməsi məsələsi ilə əlaqədar komitəyə heç bir məlumat daxil olmayıb. İşçi layihəsi hazırlanmadan heç bir söküntü aparıla bilməz-“Bu layihə isə hazır deyil və nə vaxt hazır olacağı barədə komitə heç bir söz deyə bilməz.

Böyük Bakının Regional İnkişaf Planının işlənməsinin xeyli vaxt aparacaq. Bakı şəhərində abadlaşdırma, tikinti-quruculuq işlərinin fasiləsiz olaraq həyata keçirilməsi zərurəti yaranıb. Bakının mərkəzi hissəsinin müfəssəl planlaşdırma layihəsi hazırlanıb. Layihə 1550 hektardan çox ərazidə həyata keçiriləcək.

Layihə şərqdə Yusif Səfərov küçəsi, şimaldan Bakıxanov prospekti, qərbdə Nərimanov küçəsi, cənubda da dənizə qədər olan ərazini əhatə edir. Burada bir sıra yeniliklər nəzərdə tutulub. Şəhərin mərkəzi hissəsində ekoloji durumun yaxşılaşdırılması nəzərə alınıb”.

Cahangir Qocayev həmçinin bildirib ki, memarların təkilifinə əsasən yaşıl zonanın həcmi 3 dəfədən çox artırılmalıdır : “Bunun üçün müvafiq boş ərazi olmadığına görə yaşıllığın salınması məskunlaşma ərazilərində həyata keçiriləcək. “Sovetski” “Kubinka “və sirkin ətrafında olan ərazilər də də yaşıllaşdırma işləri nəzərdə tutulub. Bu ərazilərdə mövcud evlər, binalar və digər yaşayış obyektləri də yaşayış üçün yararsızdır, texniki, sanitar-gigiyenik , eləcə də ekoloji cəhətdən müasir tələblərə cavab vermir. Sözügedən ərazidə bir çox xəstəliklərin yarana biləcəyi də istisna edilmir.

Həmin ərazilərin abadlaşdırılması, təkcə yaşıllığın çoxaldılması hesabına deyil, eyni zamanda orada yaşayan insanların yaşayış şəraitinin yaxşılaşdırılması vasitəsilə həyata keçiriləcək. Zərurət yaranarsa insanlar sağlamlığa zərərli mühitdən uzaqlaşdırılacaq.

Bu tədbirlər aidiyyatı mütəxəssislər, müvafiq şuralar tərəfindən bəyənilib. Amma onun işçi lahiyəsi, texniki iqtisadi əsaslandırması hələlik hazır deyil. Qanunvericilikdə nəzərdə tutulmuş şəhərsalma məcəlləsinə görə bundan sonra abadlaşdırma layihələri də müvafiq müzakirələrdən keçiriləcək. Yəni aiddiyyatı qurumlarda, o cümlədən bizim komitədə xüsusi şurada baxılandan sonra icra olunacaq.
Planlaşdırma layihəsi 2030-cu ilə qədər olan dövr üçün nəzərdə tutulur. Hələ qarşıda 17 il var. Bu layihə işçi lahiyəsi hazırlanandan sonra 5-15 il müddətində reallaşa bilər. İşçi layihəsinin nə vaxt hazır olcağını qabaqcadan deyə bilmərik. Çünki işçi layihənin hazırlanması şəhər icra hakimiyyətinin səllahiyyətindədir”.

Qocayev bildirib ki, qanunvericiliyin tələbinə görə işçi layihəsi olmadan heç bir ev və ya obyekt sökülə bilməz . O ki qaldı sonrakı mərhələyə , sökülməsinə qərar verilmiş obyektlər barədə müvafiq sənədlər hazırlanaraq FHN texniki ekspertisazına göndəriləcək.

Müfəssəl planlaşdırma layihəsində yaşıllaşdırma ilə yanaşı infrastrukturun yüngülləşdirliməsi, tənzimlənməsi, tarixən formalaşmış mədəniyyət memarlıq mühitinin qorunması da nəzərə alınıb.

Bayıldan Mirzəağa Əliyev küçəsinə qədər olan ərazidə memarlığın inciləri hesab edilən binalar var ki, onların qorunması mütləqdir, yəni onların ətrafında yüksək mərtəbəli bina tikərək tarixi kölgədə qoymaq olmaz.

“Bir-iki mərtəbəli binaların söküləcəyi ilə bağlı gəzənsöz-söhbətlərin hamısı şaiyədir. Bu tamamilə səhv fikirdir. Məsələn, Üzeyir Hacıbəyovun ev muzeyi birmərtəbəlidir deyə onu sökməlyik? Heç vaxt bu binanı sökmək olmaz. Deməli, bu kimi binaları qoruyub saxlamaq üçün də müvafiq layihə işlənməlidir. İstənilən halda şəhərdə aparılan söküntü müvafiq qaydada əsaslandırılmalıdır.

Xatırladaq ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dəfələrlə “Sovetski”nin sökülməsi məsələsinə toxunub və ötən il ərazidəki bəzi evlər siyahıya da alınıb. İcra başçısının paytaxtın mərkəzində köhnə evlərin söküləcəyi ilə bağlı növbəti dəfə açıqlama verib. Bildirib ki, söküləcək ərazidə yaşıllıq zolağı salınacaq.

Nihadə Eyyubova
AzVision.az


Xəbərin oxunma sayı : 195


Bu xəbərə şərh yaz


(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq ifadələr işlətməməli, Azərbaycan qanunlarına zidd çağırışlar etməməlidir. Bu cür şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək)
Adınız:
Əlavə et
Siz 512 hərf daxil edə bilərsiniz


Kirpi.info-dan seçmələr

AzVision SMARTFONDA

Neftin qiyməti - AKTUAL


Sorğu

Bu yay istirahətə nə qədər pul xərcləməyi düşünürsünüz?
500 manata qədər
500-1000 manat arası
1000-1500 manat arası
1500-2000 manat arası
2000 manatdan çox

  Nəticələr!    İştirak edənlər: 1764

İnfoqrafika

Ötən gün fotolarda

ŞƏRHSİZ

ARXIV TƏQVİMİ

Rubrikanin digər yazıları

Naxçıvanda saxlanılan erməni geri qaytarıldı Azərbaycan tutulan gülənçilərlə bağlı Türkiyəyə müraciət edib Rusiyada azərbaycanlıların bazarında atışma `Azərbaycanda nurçuların dərsxanaları var` - Komitə Rusiyadan ermənilər zərbə: Permyakov ölkədən çıxardılır Füzuli və Cəbrayıl rayonlarının işğalından 23 il ötür Zakir Həsənov Xəzərdə döyüş təlimlərini izlədi - FOTOLAR `Gülən Azərbaycan hakimiyyətini devirməklə hədələyib` - `Sabah` qəzeti `İngilis əsgərləri Türkiyəni işğal edəcəkdi` - Şok iddia Rioda nə qazandıq? - Nəticələr Prezidentdən Olimpiya çempionuna təbrik zəngi Tanış olun: `Şöhrət` ordenli Olimpiya çempionumuz Azərbaycan Rioda ilk qızıl medalını qazandı - FOTOLAR `FETÖ Azərbaycandakı bəzi müxalifət qurumları ilə əlaqəlidir` Türkiyə Suriya siyasətini dəyişir: `Əsəd hakimiyyətdə qala bilər` 3 gün dəhşət isti olacaq - Xəbərdarlıq Ermənilər Sarkisyanın istefasını tələb edirlər Boksçumuz erməniyə qalib gəlib - Finala çıxdı RƏSMİ: AXCP-nin təşkilat sədri Gülənçi çıxdı - 4 nəfər həbs edildi Nurçuların Azərbaycana gəlişinə Elçibəy razılıq vermişdi Millət vəkili “Meydan TV”-yə cavab verdi Canıyevin ölümündən əvvəl son görüntüləri - VİDEO ASAN 11 milyon müraciətə baxıb 2030-cu ilədək 30 ölkədə gənc nəsil qalmayacaq - SOS `Hamı istəyirdi ki, oğlu Rövşən kimi olsun` - Deputat (FOTOLAR) Ölkəmizə bir ayda 10 mindən çox ərəb gəlib - Rəsmi `İcazəsiz mitinqlərin keçirilməsinə imkan verilməyəcək` - Nazir müavini `Bəzi ünsürlər referenduma ləkə salmağa çalışır` - Rüstəm Usubov `İlham Əliyevin reytinqi çox yüksəkdir` - MSK sədri Ermənistanda 4 ayda 94 hərbçi əlil olub

XƏBƏR LENTİ