Siyavuş Novruzovun gündəmi dəyişən çıxışı - VİDEO

Siyavuş Novruzovun gündəmi dəyişən çıxışı - VİDEO
  18 Aprel 2014    Oxunub:1638
Milli Məclisin bu günkü iclasında maraqlı anlar yaşanıb. Cari məsələlərin müzakirəsi zamanı deputat İqbal Ağazadə bir sıra maraqlı təkliflə çıxış edib və ölkədəki məhkəmə sisteminin yarıtmaz olduğunu deyib. O, bildirib ki, Azərbaycanda heç bir cinayət törətmədiyi halda siyasi motivlərlə həbs olunmuş xeyli sayda insan var. NİDA-çıların məhkəməsindən danışarkən prokurorun onlara istədyi işi absurd sayıb. Məhz buna görə, Milli Məclis Amnistiya aktı qəbul etməsini təklif edib.

YAP-çı deputat Siyavuş Novruzovun ona cavabı isə xüsusi ilə maraqlı olub. Amma bu dəfə Səyavuş Novruzov Molotov kokteyli ilə kotleti səhv salıb.

"NİDA-çı uşaqları öyrədib əlinə “molotov kokteyli", dəmir parçası verən, öz övladlarını qoruyub başqalarının övladının başını dolduran, qızışdıranlar o uşaqları polisin üzərinə və iğtişaş törətməyə göndərirlər: “Azərbaycanda siyasi məhkəmə yoxdur. Bu termin haradandır? Məhkəmənin hökmü verilməmiş indidən məhkəmənin çıxaracağı qərarın üzərinə kölgə salmaq olmaz. Hər bir məhkəmədən sonra başqa instansiya məhkəmələri var. Əgər bu məhkəmənin qərarından razı deyilsənsə, digər yerlərdə araşdırıla bilər. Hətta Avropa Məhkəməsinə kimi gedib çıxa bilər”.

Qeyd edək ki, Siyavuş Novruzovun bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.




Teqlər:





Xəbər lenti