Siyavuş Novruzov Müsavatı ələ saldı

Siyavuş Novruzov Müsavatı ələ saldı
  20 Avqust 2014    Oxunub:1726
“Müsavat Partiyası kağız üzərində, qəzet üzərində olan bir partiyaya çevrilib”.
AzVision.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov trend-ə müsahibəsində bildirib.

S.Novruzov hesab edir ki, Müsavat mətbuatda çıxış etməklə gündəmdə qalan bir partiyadır.

“Artıq 3 ildir ki, Müsavat Partiyasının qurultay qalmaqalı gündəmdədir. Hələ son prezident seçkiləri öncəsi də bu qalmaqal var idi. Gah dedilər ki, bizi yerlə təmin etmirlər, gah da bir şou düzəltdilər ki, qurultayı Gürcüstanda keçirmək istəyirlər, Türkiyədə keçirmək istəyirlər. Bu və ya digər şəkildə qurultayın keçirilməsini ləngidirlər. Bu da ondan irəli gəlir ki, burada problem başqan problemidir. Əgər orada düzgün seçki keçirilsə, İsa Qəmbər Müsavat Partiyasının başqanı seçilməyəcək. Bunu müsavatçılar qəbul etmirlər və görürlər ki, gündən-günə Müsavat Partiyası geri çəkilir, demək olar ki, kağız üzərində, qəzet üzərində olan bir partiyaya çevrilib. Bir neçə üzvü mətbuatda çıxış etməklə gündəmdə qalan bir partiyadır. Yəni bu partiyanın hər hansı bir fəaliyyəti yoxdur. Bu baxımdan da namizədlər arasında ciddi şəkildə qarşıdurma var. Bir qrup istəyir ki, özü seçilsin və Müsavatın tərkibində islahatlar aparsın, bir qrup isə istəyir ki, Müsavatı özünün gəlir mənbəyinə çevirməklə zavod kimi, müəssisə kimi və yaxud da bir firma kimi monopoliyaya götürərək özlərinin iqtisadi və siyasi maraqlarını təmin etsinlər. Bu qruplar arasında ciddi şəkildə mübarizə gedir”.


Teqlər:





Xəbər lenti