Sisi prezidentə təbrik məktubu göndərib

Sisi prezidentə təbrik məktubu göndərib
  27 May 2016    Oxunub:1638
Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AzVision.az-ın xəbərinə görə, təbrik məktubunda deyilir:

"Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına bu əlamətdar gün münasibətilə rifah və tərəqqi arzu edirəm. Bu xoş fürsətdən istifadə edib, Sizə böyük hörmət və ehtiramımı bildirirəm".

Eyni zamanda UNESCO-nun baş direktoru İrina Bokova da Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti