Siqaretlə arvadını yandıran kişi tutuldu

Siqaretlə arvadını yandıran kişi tutuldu
  05 May 2015    Oxunub:2109
Bakıda həyat yoldaşına işgəncə verən kişi saxlanılıb.
Hadisə Nizami rayonu ərazisində baş verib. Məlum olub ki, Sabirabad rayon sakini, 1979-cu il təvəllüdlü Həsənov Elbrus Əlsəfa oğlu həyat yoldaşı, 1981-ci il təvəllüdlü Həsənova Günəş Zakir qızını mütəmadi olaraq döyərək ona fziki və psixoloji işgəncələr verib.

Ərinin işgəncələrinə dözməyən G.Həsənova bu barədə Nizami Rayon Polis İdarəsinə məlumat verib. Zərərçəkən şəxs sonuncu dəfə ərinin qaşığı qaz sobasında qızdıraraq onun üzünə dağ basdığını, həmçinin, siqaretlə onun ayaq nahiyələrini yandırdığını bildirib.

Polis əməkdaşlarının keçdiyi əməliyyat zamanı E.Həsənov saxlanılıb. Onun barəsində Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133.1-ci (işgəncə vermə, mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə E.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaqçılar ailə münaqişəsinin baş vermə səbəblərini araşdırır.
(Report)


Teqlər:  





Xəbər lenti