Siqaret qadağan ediləcək

Siqaret qadağan ediləcək
  24 Oktyabr 2014    Oxunub:1821
ABŞ-ın “Reynolds American” tütün şirkəti əməkdaşlarına iş yerində siqaret çəkməyi qadağan edəcək.
AzVision.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, qadağa gələn il yanvarın 1-dən qüvvəyə minəcək. “Camel” siqaretinin istehsalçısı qadağanı siqaret çəkməyən işçilərin qayğısına qalma ilə izah edib.

Hazırda şirkət əməkdaşları iş yerlərində, konfrans zallarında, liftlərdə və dəhlizlərdə siqaret və siqar çəkə bilərlər.

Məlumata görə, qadağa elektron siqaretlərə və çeynənən tütünə şamil edilməyəcək. Qeyd edək ki, “Reynolds American” şirkəti “Camel”, “Winston”, “Lucky Strike”, “More”, “Viceroy”, “Pall Mall” və digər siqaretlər istehsal edir.


Teqlər:





Xəbər lenti