Sınaq imtahanında ən yük nəticə 696 bal olub

Sınaq imtahanında ən yük nəticə 696 bal olub
  24 Aprel 2014    Oxunub:1105
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sonuncu sınaq imtahanlarının nəticələrini açıqlayıb.
TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nəticələr qurumun rəsmi saytına yerləşdirilib. https://azvision.az/redirect.php?url=http://eservices.tqdk.gov.az/netsinaq/

Sınaq imtahanının nəticələrinə əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 49066 abituriyentdən 2981 nəfəri imtahanda iştirak etməyib. İmtahan qaydalarını pozduğu üçün 10 abituriyentin nəticəsi ləğv edilib.

İmtahanda ən yüksək nəticə III ixtisas qrupu üzrə 696 bal olub.

Qeyd edək ki, aprelin 20-də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün 24 şəhər və rayonda sınaq imtahanı keçirib.


Teqlər:  





Xəbər lenti