Silahlarımız əcnəbilərin diqqətini cəlb edir

Silahlarımız əcnəbilərin diqqətini cəlb edir
  27 Fevral 2015    Oxunub:1734
Müdafiə Sənayesi Nazirliyinin (MSN) “İIDEX-2015” sərgisində nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanıb.
MSN-dən AzVision.az-a verilən məlumata görə, nazirliyin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar fevralın 22-dən 26-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə keçirilən “IDEX-2015” beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdirilib.

MSN iki ildən bir keçirilən “IDEX” sərgisində ikinci dəfə iştirak edib. Dünyanın 55 ölkəsindən 1162 şirkətin qatıldığı sərgidə nazirlik 170-dən artıq müdafiə təyinatlı məmulat nümayiş etdirib.

Beynəlxalq sərgidə “İstiqlal-1T”, “Mübariz”, “Yalquzaq”, “Yırtıcı” snayper tüfəngləri, "Şimşək-10” hücum pulemyotu, müxtəlif növ döyüş sursatları ilə yanaşı, ilk dəfə nümayiş etdirilən məmulatlardan NATO standartlarına uyğun 5,56x45 çaplı avtomat silah MSN-in stendini ziyarət edən xarici nümayəndə heyətləri tərəfindən böyük maraqla qarşılanıb.

Səfər çərçivəsində müdafiə sənayesi nazir Yavər Camalovun “IDEX-2015” sərgisinə qatılan Türkiyə, ABŞ, Almaniya, Fransa, Braziliya, Cənubi Afrika, Çin, Çexiya və digər ölkələrin qabaqcıl şirkətlərini təmsil edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri olub, mövcud və yeni əməkdaşlıqlara dair danışıqlar aparıb.

Sərgi zamanı MSN-in əməkdaşları sərgiyə qatılan ölkələrin nümayəndə heyətlərinə 2016-cı ildə Azərbaycanda keçiriləcək “ADEX-2016” ikinci beynəlxalq müdafiə sənayesi sərgisi ilə bağlı məlumatlar verib və dəvətlər çatdırıblar.


Teqlər:





Xəbər lenti