Silah tuta bilməyən əsgər belə dəyişdi - Video

Silah tuta bilməyən əsgər belə dəyişdi - Video
  18 Yanvar 2017    Oxunub:28094
Təxminən bir il əvvəl sosial şəbəkələrdə hərbi geyimli bir əsgərin silahdan atəş açarkən videosu paylaşılmışdı.
AzVision.az “AzeriDefence”-ə istinadən xəbər verir ki, bu video sosial şəbəkələrdə geniş müzakirə olundu. Bir çox vətəndaşlar həmin gəncin fiziki qüsurlu olduğunu idda edərək, onun hərbi xidmətə çağırılmasının yolverilməz olduğunu yazırdılar.

Hətta buna görə, bəzi dövlət qurumları da ittiham obyekti olmuşdu.

Həmin gənc əsgər Sərhəd Qoşunlarında xidmətini davam etdirərək, xidmət etdiyi hərbi hissənin nümunəvi əsgərlərindən birinə çevrilib. O, bu gün müxtəlif atıcı silahlardan peşəkarcasına istifadə etməklə yanaşı, xidmət zamanı dəfələrlə fərqlənib.

Sərhəd Qoşunlarında həmin əsgərin hərbi xidmət müddətində necə dəyişdiyini təqdim edir. Videoda ilk vaxtlar avtomatdan atəş açmağa çətinlik çəkən gənc xidmətini Çevik Hərəkət Dəstəsində necə davam etdirməsinin şahidi olacaqsınız.



AzVision.az


Teqlər:





Xəbər lenti