Şuşadan məktub gəldi - Dilqəmin səhhətində ciddi problem var

Şuşadan məktub gəldi - Dilqəmin səhhətində ciddi problem var
  27 May 2016    Oxunub:32627
Xəbər verdiyimiz kimi, Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri erməni işğalçıları tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər.

Sahib Musayev AzVision.az-a açıqlamasında qardaşı Dilqəm Əsgərovdan məktub aldıqlarını bildirib.

Onun sözlərinə görə, D.Əsgərovun səhhətində ciddi problemlər var: “Qardaşım yazdığı məktubda baş və ayaq nahiyyələrində ağrıların olduğunu yazıb. Biz onun səhhətinə görə çox narahatıq. Dilqəm məktubda bizimlə görüşmək istədiyini qeyd edib. O, görüşlə bağlı müvafiq dövlət qurumlarına və beynəlxalq təşkilatlara müraciət etməyimizi istəyir. Bundan əlavə Dilqəm hamıya onun adından salam deməyimizi xahiş edib”.

Xatırladaq ki, 2014-ci ilin iyulun 11-də 3 azərbaycanlı Kəlbəcərdə girov düşüb. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu qətlə yetiriblər.

Qondarma “məhkəmə”nin hökmü ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti