Şumaxerin oğlu “Formula” yarışlarında

Şumaxerin oğlu “Formula” yarışlarında
  02 Mart 2015    Oxunub:1556
“Foprmula-1”in yeddi kart çempionu Mixail Şumaxerin 15 yaşlı oğlu Mik bu ilin aprel ayında Almaniyada keçiriləcək “Formula-4” yarışlarında Hollandiyanın “Van Amersfort” komandasının tərkibində çıxış edəcək.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

“Biz test yarışlarında onun necə istedadlı sürücü olmasının şahidi olduq. Uğurlu mövsüm olacağını gözləyirik”, - deyə komandanın rəhbəri Frits van Amersoft bəyan edir.

Mövsümün ilk mərhələsi 25-26 aprel tarixində keçiriləcək.

Daha əvvəl Mik KİV-in diqqətini çəkməmək üçün yarışlarda anasının soyadı (Betç) ilə çıxış edirdi. Lakin indi o, atasının soyadını qaytarmağa qərar verib. Mik ötən ilin sentyabr ayında kartinq üzrə “Fk-Junior” kateqoriyasında keçirilən yarışlarda vitse-çempion olub.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti