Ştaynmayerin İrəvan və Bakı səfərinin məqsədi

Ştaynmayerin İrəvan və Bakı səfərinin məqsədi
  28 İyun 2016    Oxunub:1754
İyunun 29-da Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin Cənubi Qafqaz regionuna səfəri başlayır.
AzVision.az xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, səfər zamanı Bakı və İrəvanda keçiriləcək görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunacaq.

Almaniyalı nazir iyulun 1-də Tbilisidə ATƏT Parlament Assambleyasının yay sessiyasının açılışında iştirak edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti