Şirvandan son xəbər- 20 yaralı var

Şirvandan son xəbər- 20 yaralı var
  26 İyul 2016    Oxunub:7331
Şirvan Şəhər Mərkəzi Xəstəxanasına Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan ”Araz” zavodunda baş verən hadisə nəticəsində yaralanan 12 nəfər gətirilib.
Xəstəxanadan AzVision.az –a verilən məlumata görə, xəstələrin hər birinə müvafiq tibbi yardım göstərilib, şöbələrə yerləşdirilib. Qeyd olunub ki, yaralıların sayı 20 nəfərə çatıb. Yaralılardan biri FHN-nin qadın əməkdaşıdır, digərləri isə zavodun sıravi işçiləridir.

Onların vəziyyəti ağır qiymətləndirlir.

**

Şirvan şəhərində baş verən partlayış nəticəsində 9 nəfər yaralanıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan AzVision.az-a verilən məlumata görə, hazırda xəstəxanaya 9 yaralı gətirilib. Onların vəziyyəti ağır və orta ağır qiymətləndirilir.

Xəstəxanaya partlayış zamanı ölənlərin olması haqda məlumatın olmadığı qeyd edilib.

Yaralıların sayının artacağı istisna edilmir.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti