Şirvandakı partlayışda ölən yoxdur - Rəsmi məlumat

Şirvandakı partlayışda ölən yoxdur - Rəsmi məlumat
  26 İyul 2016    Oxunub:2997
Müdafiə Sənayesi Nazirliyi Şirvan ”Araz” zavodunda baş verən partlayışla bağlı rəsmi məlumat yayıb.

AzVision.az-ın xəbərinə görə, məlumatda bildirilib ki, iyulun 26-da saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan ”Araz” zavodunda hadisə baş verib.

“Hadisə nəticəsində ölən yoxdur, 11 nəfər yüngül formada xəsarət alan var. Xəsarət alanlara tibbi yardım göstərilir və hazırda həkim nəzarətindədirlər.

Fasilələrlə yaranan partlayış səslərinin səbəbi utilizasiya olunması üçün Müdafiə Nazirliyi tərfindən sifariş olunan 1500 ton məmulatdan qalan 146 tonda yaranan qığılcımlardır.

Müdafiə sənayesi naziri Yavər Camalov hadisə baş verdiyi andan etibarən Şirvan şəhərinə yola düşüb. Hal-hazırda hadisə yerindədir.

Hadisənin baş vermə səbəbləri ilə bağlı məlumatlar araşdırmalardan sonra veriləcək, - nazirlikdən bildirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti