Şirvandakı hadisə ilə bağlı rəsmi açıqlama

Şirvandakı hadisə ilə bağlı rəsmi açıqlama
  06 İyul 2015    Oxunub:2611
Səhiyyə Nazirliyi Şirvanda baş verən hadisə ilə bağlı rəsmi açıqlama yayıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, Şirvanda baş vermiş hadisəyə 8 Təcili Təxirəsalınmaz Yardım briqadası cəlb olunub.

-06.07.2015-ci il tarixində Şirvan şəhərində yerləşən Telemexanika zavodunda baş vermiş partlayış nəticəsində ümumilikdə Səhiyyə Nazirliyinin Bakı və Şirvan şəhərinin 8 Təcili Tibbi yardım briqadası cəlb olunub. 19 nəfər zəhərlənmə və yanıq diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanada bütün tibbi şərait yüksək səviyyədə təşkil olunub və zərərçəkmiş vətəndaşlara lazımi tibbi yardım göstərilir.

Daxil olmuş 19 nəfərdən 13-ə ambulator yardım göstərilərək evlərinə buraxılıblar. Hadisə ilə əlaqədar olaraq Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Xidmətindən Şirvan şəhərinə toksikoloq, yanıq cərrahı və reanimotoloq briqadası ezam olunub.

Hazırda xəstəxanada olan 6 nəfərin müalicəsi aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti