Şirvanda yanğının söndürülməsinə helikopter cəlb edildi

Şirvanda yanğının söndürülməsinə helikopter cəlb edildi
  26 İyul 2016    Oxunub:5579
Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin “Araz” zavodunda baş verən yanğının söndürülməsi üçün helikopterlər cəlb olunub.
Bunu AzVision.az-a açıqlamasında Şirvanın icra başçısının köməkçisi Vasif Əliyev deyib. Onun sözlərinə görə, yanğının söndürülməsi üçün lazım olan bütün işlər görülür: “Yanğının şiddətindən içəriyə daxil olmaq mümkün deyil. Ölənlər haqqında məlumat yoxdur. Lakin yararlıların olduğu bildirilir və onlar xəstəxanaya gətirilir”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti