Şirvanda güclü partlayış - Xeyli sayda yaralı var (Yenilənib+VİDEO)

Şirvanda güclü partlayış - Xeyli sayda yaralı var (Yenilənib+VİDEO)
  26 İyul 2016    Oxunub:47129
Şirvan şəhərində güclü partlayış baş verib.

AzVision.az-ın məlumatına, partlayış Müdafiə Sənayesi Naziriliyinin tərkibində olan “Araz” zavodunda qeydə alınıb. Hadisə nəticəsində zavodda güclü yanğın başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyin briqadaları cəlb olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova AzVision.az-a bildirib ki, təcili tibbi yardım briqaları hadisə yerinə göndərilib. Ölən və yaralılar barədə hələlik məlumat yoxdur.

Hadisə ilə bağlı Şirvan şəhər Mərkəzi Xəstəxanasına həyəcan çağırışı edilib.

Sakinlərin bildirdiyinə görə, hazırda zavodda yanğın davam edir.

***

Son məlumatlara görə, partlayışın baş verdiyi ərazidə araşdırma aparılır. Partlayış zamanı yaralananların olduğu bildirilir. Şirvan Şəhər Mərkəzi Xəstəxanasına bir neçə yaralı gətirilib.



Anar Kəlbiyev
AzVision.az




Teqlər:  





Xəbər lenti