Şirvanda evə girən oğru tutulub

Şirvanda evə girən oğru tutulub
  21 Yanvar 2017    Oxunub:1439
Yanvarın 20-də Şirvan şəhərində yaşayan Mətanət Salahovanın evinə qarət məqsədilə girən naməlum şəxs səs-küyə oyanan Mətanəti boğmağa cəhd göstərib, oğlu Elbrusa bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib.
AzVision.az-ın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini İlkin Xanteymurov tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti