Şirlər zooparkdan qaçdı - İnsanlar təşviş içindədir

Şirlər zooparkdan qaçdı - İnsanlar təşviş içindədir
  29 Sentyabr 2016    Oxunub:10073
Bu gün Almaniyanın Leypsik şəhər zooparkından iki şir qaçıb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, onların zooparkdan neçə qaçması bilinmir. Mayo və Motsxeqeste adlı iki şir bu ilin avqust ayında Lepzik zooparkına gətirilib. Bu günlərdə isə onlar rahat hərəkət etmələri üçün yeni qəfəslərə köçürülüb.

Hazırda polis onların axtarışı ilə məşğuldur.

“Hazırda vəziyyət nəzarət altındadır. Bizim zooloqlar onları tutmağa çalışır”, - deyə zooparkın mətbuat xidmətinin rəhbəri Mario Zeqebart bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti