Şirkət rəhbərinin ölümünə görə cinayət işi açıldı

Şirkət rəhbərinin ölümünə görə cinayət işi açıldı
  21 Oktyabr 2014    Oxunub:1486
Paris prokurorluğu "Total" şirkətinin rəhbəri Kristof de Marjerinin faciəvi ölümü ilə əlaqədar cinayət işi açıb.
AzVision.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, Fransanın Aviaqəzaların araşdırılması bürosu qəzanın səbəblərini öyrənmək üçün 3 ekspertini Moskvaya göndərir.
Qeyd edək ki, çərşənbə axşamına keçən gecə "Vnukovo" aeroportunda "Total" neft şirkətinin prezidentinin şəxsi təyyarəsi qartəmizləyən maşınla toqquşub. Nəticədə təyyarə uçuş-enmə zolağına düşərək yanıb. Hadisədə dörd nəfər – Kristof de Marjeri, pilotlar və stüardessa həlak olub. Maşının sürücüsü ciddi xəsarət almayıb. Təcili yardım ona hadisə yerində yardım edib. Rusiya İstintaq Komitəsinin məlumatına görə, qartəmizləyən maşının sürücüsü sərxoş olub.

İstintaqın məlumatına görə, "Vnukovo" aeroportunda təyyarə ilə toqquşan qartəmizləyən maşının sürücüsü Vladimir Martınenkov saxlanılıb. Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı "İnterfaks" agentliyinə onun vəkili Aleksandr Karabanov məlumat verib.
Vəkil bildirib: "O saxlanılıb və hazırda istintaq aparılır".

Onun sözlərinə görə, istintaq qartəmizləyən maşının sürücüsünün həbs edilməsi barədə vəsatət qaldıracaq.


Teqlər:  





Xəbər lenti