Şeyx ruslara başsağlığı verdi

Şeyx ruslara başsağlığı verdi
  30 İyul 2014    Oxunub:852
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Moskva metrosunda baş vermiş qəza ilə bağlı Moskva və bütün Rusiya patriarxı Kirillə başsağlılğı verib.
AzVision.az qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, başsağlığında qeyd olunur:

"Moskva metrosunda baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi dərindən kədərləndirib.

Biz də dualarımızı rusiyalılarının dualarına qoşaraq mərhumların ruhlarının şad olmasını, xəsarət alanların tezliklə sağlamlıqlarına qovuşmasını diləyirik.

Müsəlmanlar və şəxsən öz adımdan Zati-müqəddəslərinizə və Sizin simanızda bütün Rusiya xalqına bu matəm günü münasibətilə dərin hüznlə başsağlığı verirəm. Uca Yaradan mərhumların ruhunu şad etsin!"


Teqlər:





Xəbər lenti