`Bunların hamısına etiraz edirik` - Şeyx

`Bunların hamısına etiraz edirik` - Şeyx
  23 Dekabr 2014    Oxunub:2049
Bu gün Qərb dövlətləri islama qarşı açıq mübarizə aparır. Onlar Yaxın Şərqdə bu gün faktiki olaraq təfkirçilər vasitəsilə islam adı altında müsəlmanları qırırlar. Biz müsəlmanlar buna qəti etiraz edirik, bu, ən böyük cinayətdir.
Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Həzrəti Məhəmməd Peyğəmbərin vəfatının ildönümü ilə bağlı bu gün Qafqaz Müsəlmanları İdarəsdə keçirilən tədbirdə deyib.

"Avropada elə göstərmək istəyirlər ki, islam dini xətərli bir dindi, ölüm gətirən dindir. Bu, Qərb dövlətlərinin bu günləri islama qarşı apardıqları mübarizədir. Xüsusən də təfkirçilərlə bağlı apardığı siyasət, islamda məzhəb ayrı-seçkiliyi və məzhəbləri bir-birinə qarşı qoymaqdır. İstər İraqda, istərsə də, Suriyada qardaşlarımız şəhid olur, vəfat edir, islam adı ilə onları öldürürlər. Biz bütün bunların hamısına etiraz edirik”, deyə Şeyx bildirib. (ANS)


Teqlər:  





Xəbər lenti