Şeyx Xamenei ilə görüşdü - FOTO

Şeyx Xamenei ilə görüşdü - FOTO
  26 Noyabr 2014    Oxunub:1640
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətləri İrana səfəri çərçivəsində ölkənin Ali Dini Lideri Ayətullah əl-üzma Seyid Əli Xamenei ilə görüşüb.
Qafqaz Müsəlmanlar İdarəsindən AzVision.az-a verilən məlumata görə, görüş zamanı İranın dini rəhbəri İslam aləmini təhdid edən dini radiklizm və ekstremizm problemləri və ondan çıxış yolları haqqında öz fikirlərini açıqlayıb.

Görüşdə din adı ilə törədilən cinayətlərin İslamla heç bir əlaqəsi olmadığı və belə halların İslama və bütün bəşəriyyətə qarşı bir təxribat olduğu vurğulanıb.

İran səfəri çərçivəsində Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Ayətullah əl-üzma Məkarim Şirazi ilə də təkbətək görüş keçirib. QMİ sədri qəbula görə Ayətullah Məkarim Şiraziyə öz minnətdarlığını bildirib. Şeyxülislam həzrətləri Azərbaycanla İran arasındakı qarşılıqlı münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını qeyd edib.

Sonra QMİ sədri ilə Ayətullah əl-üzma Cəfər Sübhani arasında təkbətək görüş baş tutub. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Xatırladaq ki, bu gün, noyabrın 25-də Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin İran səfəri başa çatıb və QMİ sədri Vətənə qayıdıb.


Teqlər:  





Xəbər lenti