Şeyx Qarabağdan danışdı

Şeyx Qarabağdan danışdı
  21 Noyabr 2014    Oxunub:1144
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Gürcüstanın diaspor məsələləri üzrə dövlət naziri Gela Dumbadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə qonaqları səmimi salamlayaraq bildirib ki, Gürcüstan ilə Azərbaycanı tarixən dostluq və mehriban qonşuluq münasibətləri bağlayır. O deyib: “Mən ölkələrimiz arasında mehriban münasibətləri yüksək qiymətləndirirəm. Azərbaycan ilə Gürcüstanı siyasi, iqtisadi, mədəni və mənəvi əlaqələr bağlayır”.

A.Paşazadə bu ilin yayında Gürcüstana səfərini və bütün Gürcüstanın patriarxı II İliya ilə görüşünü xatırlayıb.

QMİ-nin başçısı beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəklədiklərinə, ölkəmizin ərazi bütövlüyünü, Dağlıq Qarabağı onun ayrılmaz tərkib hissəsi kimi tanıdıqlarına görə gürcü xalqına, patriarx II İliyaya minnətdarlığını bildirərək vurğulayıb ki, Azərbaycan da Gürcüstanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.

Bildirilib ki, Gürcüstanda çoxsaylı Azərbaycan diasporu, Azərbaycanda isə yığcam şəkildə gürcülər yaşayır.

Gürcüstanın diaspor məsələləri üzrə dövlət naziri Gela Dumbadze xoş sözlərə və Gürcüstanın dini liderinə mehriban münasibətə görə təşəkkür edib.

Nazir səfəri çərçivəsində Bakıda keçirdiyi görüşlərdən, gürcülərin sıx yaşadığı Qax rayonunda olmasından, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov ilə görüşündən söz açıb.

G.Dumbadze deyib: “Məqsədimiz harmonik münasibətlər və dialoq qurmaqdır. Belə bir faktı vurğulamağa şadam ki, Gürcüstan-Azərbaycan münasibətləri başqa dövlətlərə örnək ola bilər”.

Görüşdə Gürcüstanın Azərbaycandakı səfiri Teymur Şaraşenidze iştirak edib.

AzVision.az




Teqlər:  





Xəbər lenti