Şeyx Fəxri Fərmanla təltif edildi
QMİ sədri A.Paşazadənin konfrans iştirakçılarına müraciət məktubunu oxuyan müfti S.Musayev Qafqazın dini liderinin xeyir-dualarını Dərbənd əhalisinə yetirib.
Beynəlxalq konfrans çərçivəsində A.Paşazadə YUNESKO-nun mədəniyyətlərarası anlaşma naminə dinlərarası dialoq üzrə kafedralar şəbəkəsinin (YUNİTVİN) Fəxri fərmanına layiq görülüb. Qafqaz müsəlmanlarının dini lideri Fəxri fərmanla “mədəni irsin qorunması, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı işinə verdiyi böyük töhfəyə, habelə YUNESKO kafedrası nəzdində Şimali Qafqazın mənəvi ənənələrinin, onların mədəni özəlliklərinin korporativ tədqiqi üzrə bölmənin yaradılmasına göstərdiyi konstruktiv dəstəyə görə” təltif olunub.
Bundan başqa, Dərbənd şəhərinin Cümə məscidinin icması ilə görüş keçirilib. İcmanın sədri Seyidyəhya Seyidov Şeyxülislam A.Paşazadəyə səmimi salamlarını və xeyir-dualarını yetirməyi xahiş edib.
AzVision.az