Şənbə günü hava necə olacaq?

Şənbə günü hava necə olacaq?
  27 Fevral 2015    Oxunub:2507
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, fevralın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5, gündüz 8-12 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal və şərq rayonlarında havanın çiskinli olacağı ehtimalı var. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 7-12 dərəcə isti olacaq.


Teqlər:





Xəbər lenti