Şəmkirdə yer terroru- 2 ölü, 2 yaralı

Şəmkirdə yer terroru- 2 ölü, 2 yaralı
  28 Avqust 2014    Oxunub:1502
Şəmkir rayonunun Dəllər-Cəyir kəndində iki nəfərin ölümün ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, avqustun 27-də saat 17 radələrində Şəmkir rayonunun Dəllər-Cəyir kəndində Daşbulaq kənd sakini Namiq Seyidov idarə etdiyi “Volkswagen” markalı avtomobili yol ayırıcısına vurub. N.Seyidovun sərnişinlərindən həmkəndliləri Rübabə Cabbarova və Ayna Qarayeva hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.


Teqlər:





Xəbər lenti