Şəmkirdə fermada yanğın, 4 min quş tələf oldu

Şəmkirdə fermada yanğın, 4 min quş tələf oldu
  27 Yanvar 2015    Oxunub:1753
Şəmkirin Seyfəli kəndində quşçuluq fermasında yanğın baş verib.

Şəmkir rayon Yanğından Mühafizə Hissəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə yanvarın 26-da saat 20 radələrində qeydə alınıb.

Kənd sakini Faiq Ələkbərova məxsus içərisində 8 minə yaxın bir aylıq quş saxlanılan fermada güclü yanğın baş verib. Alov fermanın tavanının 80 kvadratmetr hissəsini yararsız hala salıb və fermada olan 4 minə yaxın quş tələf olub.

Hadisə yerinə cəlb edilən 2 yanğınsöndürən avtomobil və canlı qüvvənin köməyi ilə alovun yayılmasının qarısı alınıb. Fermadan təxminən 4 min quş xilas edilib.

Yanğının baş vermə səbəbləri araşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti