Şəmkirdə 7 otaqlı ev yanıb

Şəmkirdə 7 otaqlı ev yanıb
  06 May 2016    Oxunub:1212
Şəmkirdə yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az-a verilən məlumata görə, Şəmkir rayonu, Düyərli kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan ikimərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları və evə bitişik ümumi sahəsi 30 kv.m olan ərzaq mağazasının yanar konstruksiyaları yanmıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 05:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti