Şəmkirdə 4 otaqlı ev yanıb

Şəmkirdə 4 otaqlı ev yanıb
  26 Sentyabr 2016    Oxunub:1042
Şəmkir rayonunda yanğın hadisəsi baş verib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın Şəmkir rayonunun Bayramlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli evdə qeydə alınıb.

Yanğın nəticəsində 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az




Teqlər:





Xəbər lenti