Şəkidə ən böyük regional forum olacaq - RƏSMİ

Şəkidə ən böyük regional forum olacaq - RƏSMİ
  25 Noyabr 2014    Oxunub:3395
28-29 noyabr 2014-cü ildə Şəkidə Könüllülük üzrə Gənclərin Birinci Regional Forumu keçiriləcək. Şəki şəhər İcra Hakimiyyəti, Mədəni İrsin Qorunmasına Dəstək İctimai Birliyi, Şəki Gənclər və İdman İdarəsi və YAP Şəki Təşkilatının təşkil etdiyi iki günlük forumda 240 gənc iştirak edəcək.

Forum təşkilatçılarının bildirdiyinə görə, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllıdan gənclərin qatılacağı forum 3 paneldən ibarət olacaq.

Ölkənin gənclər sektorunda fəaliyyət göstərən əsas təşkilatlarının rəhbərləri, aidiyyatı qurumların nümayəndələrinin iştirak edəcəyi forumda məqsəd region gənclərinə könüllülük prinsipini aşılamaqdır.

Artıq son hazırlıq prosesi aparılan regional forum Şəkidəki Olimpiya Kompleksində keçiriləcək. Dəvətlilərin qeydiyyatı elə forumun ilk günündə olacaq.



Teqlər:





Xəbər lenti