Şəkidə maşın 2 piyadanı vurub

Şəkidə maşın 2 piyadanı vurub
  27 Oktyabr 2016    Oxunub:983
Şəkidə idarəetməni itirən maşın 2 piyadanı vurub.
AzVision.az ARB Şəkiyə istinadən xəbər verir ki, şəhərin Sabit Rəhman küçəsində "VAZ 2106" markalı avtomobil idarəetməni itirərək yol kənarında hərəkət edən Şəki şəhər sakinləri 1970-ci il təvəllüdlü Məhərrəmova Nəzakət Məhərrəm qızı və 1998-ci il təvəllüdlü Məhərrəmova Günay Telman qızını vurub.

Hər iki zərərçəkən dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, xəstələrin vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti