Şəhidlərimiz təhqir olundu - Foto- Yenilənib

Şəhidlərimiz təhqir olundu - Foto- Yenilənib
  22 Avqust 2014    Oxunub:6421
“Şəhidlər xiyabanında” İlham və Fərizənin məzarına nəcis yaxılması çox güman ki, əraziyə gələn hansısa avara insanların işidir.Bu barədə bizə səhər saatlarında məlumat verilib və dərhal məzarlar təmizlənib”.
Bunu İnterpress.az-a BŞİH-nin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov şəhid məzarlarına nəcis yaxılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

S.Həsənovun sözlərinə görə, ərazidə müşahidə kamerası olmadığından hadisəni kimin törətdiyi məlum deyil: “Gecə saatlarında əraziyə ancaq 2 polis əməkdaşı nəzarət edir. Görünür, bu hadisəni edən kimsə məharətlə polislərin gözündən yayına bilib”.

S.Həsənov hadisəni kimin törətməsinin araşdırılması ilə bağlı hələlik rəsmi qurumlara müraciət edilmədiyini vurğulayıb.

* * *

Ötən gün Şəhidlər Xiyabanına gedən Əşrəf Həşimov adlı Bakı sakini İlham və Fərizənin qəbirlərinin şəkilini paylaşıb.AzVision.az xəbər verir ki, hər iki şəkilin üzərində ləkələr olan şəkil Facebook istifadəçiləri tərəfindən narazılıqla qarşılanıb.

Ə.Həşimov qeyd edir ki, həmin ləkələrin boya olduğunu zənn edib: ` Yaxınlaşandada bunun boya yox nəcis olduğun gördüm. Bu nəcisin məzar daşına necə yayıldığın anlamasam da, bunun necə gözə çarpmadığını anlamadım`.

Qeyd edək ki, foto dünən axşam saat 22:30 radələrində çəkilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti