23 FEVRAL 2017 4+7 Bakı 0-5 Xankəndi 0+5 Xaçmaz 0+5 Bərdə 4+7 Lənkəran -3+2 Naxçıvan 2+7 Gəncə 4+7 Sumqayıt 0-5 Kəlbəcər 0-5 Laçın 0-5 Qubadlı 0-5 Şuşa 2+7 Ağdam Zəngilan 2+7 Cəbrayıl 2+7 Füzuli 0+5 Şəki

Şəhidin nəşinin qaytarılması ilə bağlı Ermənistana tələb

Tarix 11.01.17, 17:12

Font ölçüsü : - / +


Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 29 dekabr 2016-cı il tarixdə Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini yüksək qiymətləndirir.

Dövlət Komissiyasından AzVision.az-a daxil olan məlumatda bildirilir ki, son günlərdə Ermənistan kütləvi informasiya vasitələrində bu ölkənin rəsmi dairələrinə istinadən yayılmış məlumatlarda qarşı tərəf meyiti qaytarmamasını heç bir məntiqə sığmayan səbəblərlə əsaslandırmağa cəhd edir. Halbuki Ermənistanın da qoşulduğu və ondan irəli gələn tələblərin yerinə yetirilməsini öhdəlik kimi üzərinə götürdüyü 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaları meyitlərin saxlanmasının hər hansı səbəbdən uzadılmasını qadağan edir.

Əvvəllər də belə hallara yol verildiyini və meyitləri uzun müddət saxlamaq kimi qeyri-humanist hərəkətin bu ölkə tərəfindən artıq tendensiyaya çevrildiyini nəzərə alaraq, Dövlət Komissiyası aidiyyəti beynəlxalq təşkilatları bu cür halların qarşısının alınmasına və Cenevrə Konvensiyalarına əməl olunmasını Ermənistandan ciddi şəkildə tələb etməyə çağırır.

AzVision.az


Xəbərin oxunma sayı : 1158


Bu xəbərə şərh yaz


(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq ifadələr işlətməməli, Azərbaycan qanunlarına zidd çağırışlar etməməlidir. Bu cür şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək)
Adınız:
Əlavə et
Siz 512 hərf daxil edə bilərsiniz


AzVision SMARTFONDA

Neftin qiyməti - AKTUAL


Sorğu

Sizcə, Bakı qışa hazırdırmı?
Hazırdır
Xırda problemlər də düzəlsə, hazırdır
Hazır deyil

  Nəticələr!    İştirak edənlər: 2145

İnfoqrafika

Ötən gün fotolarda

ŞƏRHSİZ

ARXIV TƏQVİMİ

Rubrikanin digər yazıları

Dünyanın ən `təhlükəli` işi Rusiya diplomatı olmaqdır Həyat üçün yararlı 3 planet aşkarlanıb Litva Qarabağdakı `referendum`un nəticələrini tanımır Gəncədə iki bacı faciəvi şəkildə öldü `Facebook` azərbaycanlıya görə Putinin məsləhətçisini blok etdi `Mehriban Əliyeva Azərbaycan üçün böyük işlər görüb` - Leonid Slutski `Düşmən yenidən təxribata əl atsa, ağır zərbələr vurulacaq` `Lapşinin saxlanma şəraitindən şikayəti yoxdur` - Rusiya səfirliyi Aprelin 1-dən gediş haqqı aşağı salınacaq Ramil Usubov oğlunu rəis təyin etdi - Rəsmi `Əslində Mehriban xanıma vəzifə verilməyib...` – Millət vəkili ABŞ səfiri Xocalı qurbanları ilə görüşdü Sarkisyan Moskvaya gedir - Putinlə görüşəcək Hərbi qulluqçumuz şəhid oldu Polkovniki öldürən 2 azərbaycanlıya ömürlük həbs verildi `Oğru qardaşlığı`na hər kəsi götürmürlər – Avtoritetin xatirələri Ermənistan ordusunda siqaret qadağan edilir Ruslar daxili pasportla Ermənistana gedəcəklər Əlil tələbələr təhsil haqqından azad edildilər Türkiyə ordusunda hicab qadağası ləğv olundu `Mehriban Əliyeva ən layiqli namizəd idi` - Abid Şərifov Azərbaycanda iki ailədə nadir xəstəlik tapılıb Qar yağacaq, güclü külək əsəcək - Xəbərdarlıq `Mehriban xanımın vitse-prezident təyin edilməsi mühüm hadisədir` Rusiya XİN Azərbaycanla bağlı məlumat yayacaq Məmmədyarov Çavuşoğlu ilə görüşdü - FOTO Azərbaycanda nadir hallarda rast gəlinən xəstəliklər Ramiz Mehdiyev Tədbirlər Planını təsdiqlədi `Mehriban Əliyevanın böyük nüfuzu var` - PA-nın şöbə müdiri `Ermənistan Rusiyadan yeni silahlar alacaq ` - Müdafiə naziri

XƏBƏR LENTİ