Şəhid əsgərimiz dəfn olundu

Şəhid əsgərimiz dəfn olundu
  04 May 2016    Oxunub:1687
Erməni silahlı qüvvələrinin təxribatlarının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Yüzbəyov Əmrah Aydın oğlu mayın 4-də doğulub boya-başa çatdığı Xaçmaz rayonu Hacıməmmədoba kəndində torpağa tapşırılıb.
Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin döyüş yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Dəfn mərasimində izdiham yaşanıb. Çıxışlarda xaçmazlıların işğal altındakı torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın əmrinə hər an hazır olduqları bildirilib. Şəhidin atası Aydın Yüzbəyov torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini, övladının qisasının döyüş yoldaşları tərəfindən alınacağına əminliyini ifadə edib.



Şəhidin cənazəsi Hacıməmmədoba kənd qəbiristanlığında torpağa tapşırılıb, məzarı üstünə əklil və tər qərənfillər qoyulub. Tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı ailəsinə təqdim edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti