Şəhid Təbriz Musazadənin adına mərkəz açıldı

Şəhid Təbriz Musazadənin  adına mərkəz açıldı
  24 Avqust 2016    Oxunub:12984
Bakıda Azərbaycan bayrağı ordenli, şəhid pilot Təbriz Musazadənin adına Təhsil və İncəsənət Hazırlıq Mərkəzi fəaliyyətə başlayıb.

Bu barədə AzVision.az-a şəhid pilotun xanımı Pərişan Musazadə məlumat verib. O, qeyd edib ki, mərkəz şəhid övladları üçün ödənişsiz olaraq fəaliyyət göstərəcək.

“Mərkəzimizdə 4 yaşlı uşaaqlardan, yəni məktəbə qədər təlim-tərbiyyədən magistratura pilləsinə qədər olan dərslər keçiriləcək. Bununla yanaşı uşaqlar üçün tibbi xidmət də göstəriləcək. Həmçinin mərkəzimizdə rəsm, şahmat, rəqs dərsləri keçiriləcək. Loqoped və psixoloqlar da fəaliyyət göstrəcək. Xüsusi ilə qeyd edim ki, Qarabağ əlilləri, qazilərin övladları üçün də mərkəzimizdə müəyyən güzəştlər tətbiq ediləcək”.

P. Musazadə həmçinin qeyd edib ki, mərkəzi öz hesabına açıb:

Heç kim mənə dəstək olmur. Hər şey öz hesabımadır. Əsas məqsədim isə Təbrizin adını yaşatmadır. Mən özüm də şəhid ailəsim. Çox istəyirəm ki, heç olmasa başqa şəhid ailələləri üçün də yaxşı bir işlər görüm. Həmçinin mərkəzimizdə İncəsənət Universitetlərinə qəbul olunmaq üçün aktyorluq kursları da fəaliyyət göstərir. Orada Əməkdar artist Mehriban Xanlarova müəlliməlik edir.

Ünvan: Nəriman Nərmanov, Ağa Nemətulla küçəsi 20, Araz marketin yanı. Əlaqə nömrəsi: 012- 514 24 – 56, 051- 514 24 -58




Teqlər:





Xəbər lenti