Şəhid Bayramov yaşasaydı, 20 yaşı olacaqdı

Şəhid Bayramov yaşasaydı, 20 yaşı olacaqdı
  28 İyul 2016    Oxunub:5279
Bu gün aprel döyüşlərində şəhid olan əsgər Şulan Bayramovun doğum günüdür.
AzVision.az xəbər verir ki, şəhidin doğum günü münasibətlə ailə üzvləri, yaxınları şəhidin Sumqayıt Şəhidlər Xiyabanında olan məzarını ziyarət ediblər.



Qeyd edək ki, Şulan Bayramov ordu sıralarından tərxis olunmasına bir neçə gün qalmış şəhid olub. Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən şəhid olduğuna görə Şulan Bayramov “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalına layiq görülüb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti