Şəhər əhalisinin 75%-i mənzillə təmin olunacaq

Şəhər əhalisinin 75%-i mənzillə təmin olunacaq
  10 Dekabr 2016    Oxunub:2381
Şəhər yerlərində uyğun mənzil təminatı seçimləri Azərbaycanın kənd yerlərində olan hazırkı işçi qüvvəsinin şəhər yerlərindəki məşğulluq imkanlarından bəhrələnməsinə şərait yaradacaq.

Bu barədə məlumat Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində yer alıb.

Sənəddə qeyd edilib ki, bu, nəinki yoxsulluq səviyyəsini azaltmağa kömək edər, hətta regionlar arasında gəlir bərabərsizliyinin azalmasına gətirib çıxara bilər.

“Mənzil təminatı artan şəhər əhalisinin tələblərini də əhatə edəcək və bu əhali qrupunun xüsusi çəkisi hazırkı təxminən 55 faizdən 70-75 faizədək artacaq. Daha yaxşı məşğulluq imkanlarına görə şəhərlərə axın və kənd yerlərində daha yüksək gəlirli məşğulluq imkanlarının artımı nəticəsində gəlirlərdəki bərabərsizlik azalacaq. 2025-ci ildən sonra Bakı ilə ölkənin digər regionları arasındakı gəlir fərqi adambaşına təxminən 50 faizdən 40 faizədək enəcək. İqtisadi inkişaf perspektivləri nəzərə alınaraq planlı şəkildə aparılan urbanizasiya nəticəsində orta təbəqənin güclənməsi – orta təbəqənin maddi rifah halının yaxşılaşdırılması, alıcılıq qabiliyyətinin yüksəlməsi və əmək məhsuldarlığının artması yolu ilə iqtisadi inkişaf tempi yüksək səviyyədə saxlanılacaq”, - deyə sənəddə vurğulanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti